-
baxış0
<<<Arzum>>>
Yazar: alatava Tarix: Noyabr 20, 2008 19:39
Arzum-dan
Bluetooth (Klip) Super eXclusive Olaraq wWw.eFfiR.tK Saytında
Telefon Üçün (*3Gp)
Arzum-Bluetooth (Klip)
Yüksək Formatda
Arzum-Bluetooth (Klip)
Şərhlər(0)
video
-
baxış4
Save2pc Pro v3.41
Yazar: alatava Tarix: Noyabr 18, 2008 17:57
Save2pc (köhnə adı YouTube Downloader) proqramının sayəsində dünyanın ən məşhur video yerləşdirilən saytı olan YouTubedən və Google-dən bəyəndiyiniz video faylları yükləyə bilərsiniz.
Video faylları yükləyərkən faylları kompüterinizdə WMV, MOV, 3GP, 3G2, MP3 və WAV formatında yadda saxlaya bilərsiniz.
Şərhlər(0)
programlar
-
baxış3
Telefon oqrusu
Yazar: alatava Tarix: Noyabr 18, 2008 17:49
ogrusu!!!Görün Telefona Görə Oğlanı Necə Döyür
Format: *3GP
Həcmi: 1.4 Mb
Ardından Yükləyə Bilərsiniz
Şərhlər(0)
video, Maraqlı
-
baxış6
» Dilmanc 2.5
Yazar: alatava Tarix: Noyabr 18, 2008 17:36
Mətnləri 3 istiqamət üzrə tərcümə edən Proqramın Yeni versiyasını sizlərə təqdim edirik!
Dilmanc tərcümə proqramı mətnləri 3 istiqamət üzrə tərcümə edir.
Azərbaycan - İngilis
İngilis - Azərbaycan
Türk - Azərbaycan
Dilmanc 2.5 versiyasına aşağıdakı yeniliklər əlavə edilmişdir:
Mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb
Proqramın söz bazası zənginləşdirilib
Tərcümə sürəti və proqramın açılma sürəti artırılıb
Proqramın interfeysini Azərbaycan, İngilis və Türk dillərinə dəyişmək imkanı əlavə edilib
Proqramla işləməyi rahatlaşdırmaq üçün yeni imkanlar əlavə edilib
Xəbərin ardından proqramı yükləyin
Şərhlər(0)
programlar
-
baxış5
Sayta yazar axtarılır
Yazar: alatava Tarix: Noyabr 14, 2008 18:31




EFfiR.tK saytına yeni yazarlar qəbul olunur yaxşı fəaliyyət göstərdiyinə görə redaktor və idarəçi verilir Şərhlərinizi bizə ünvanlayın!!!!!!
Şərhlər(0)
Bölməsiz
-
baxış9
Faraon - Qəribə Həyat
Yazar: alatava Tarix: Noyabr 10, 2008 17:14
Faraon - Qəribə Həyat Ölçüsü: 3.10 Mb Ardından Yükləyə Bilərsiniz
Şərhlər(0)
musiqi
-
baxış17
Zodiac Clock 3D Screensaver 1.0 + Serial
Yazar: alatava Tarix: Noyabr 1, 2008 19:33
Şərhlər(0)
programlar
-
baxış19
Blast Billiard
Yazar: alatava Tarix: Oktyabr 31, 2008 22:04
Şərhlər(1)
oyunlar
-
baxış33
Milyonçu(azeri)
Yazar: alatava Tarix: Oktyabr 31, 2008 17:05
Şərhlər(0)
oyunlar
-
baxış24
Kurtlar Vadisi Pusu Soundtrack
Yazar: alatava Tarix: Oktyabr 27, 2008 19:52
Şərhlər(1)
musiqi
-
baxış19
Opera v9.6
Yazar: alatava Tarix: Oktyabr 26, 2008 20:33
Yenilik sevənlər üçün Məşhur Opera brauzerinin ən son versiyası. Bu burauzer vasitəsilə wap saytlarada baxmaq mümkündür. Sürətinə görə digər brauzerlərdən fərqlənir. Ardında yükləmə linki var
Şərhlər(2)
programlar
-
baxış18
__LƏTİFƏLƏR__
Yazar: alatava Tarix: Oktyabr 26, 2008 20:21
Xəbərin ardında 40 ədəd çox gülməli Letifeler var....
1.Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.
2. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
3. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
4. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər “Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
5. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.
6. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
7. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
8. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər “Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
9. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq.
10. Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
11. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?
12. Sən pirajnanı niyə yemirsən. Qorxursan ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.
13. İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!
14. İki dost görüşür. Biri digərinə:
- He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?
15. Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.
16. İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...
17. Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??
18. Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.
19. Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz???. Yatdığım yerdə birdən görürəm səs gəlir.
İşığı yandıran kimi tanış olmayan birini görürəm.
Ona dedim ki, 2 saatdan sonra burda görmüyüm səni
20. İki rəfiqə bir-biri ilə dalaşır:
- Sən axmaqsan!
- Sən özünsən axmaq!
Bunu görən bir oğlan uşağı yaxınlaşır:
- Gözəllər, dalaşmayın siz ikiniz də düz deyirsiniz.
21. Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin
22. Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər:
- Kim bu nömrəni təkrar etsə, 10 min dollar alacaq.
Salondan kimsə qışqırır:
- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı yığışdırın.
23. Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.
24. Həkim, “ənənəvi narkoz” nə deməkdir?
- Bu deməkdir, al bu arağıvı axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı da iç, indi uzan cərrahiyyə masasına..
25. Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......
26. Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...
27. Avtomatı təmizləməmişdən əvvəl nə etmək lazımdır?
- Nömrəsinə baxmaq lazımdır. Birdən başqasının avtomatı olar.
28. Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: “İçki öldürür”.Sabahsı gün komandir yazının altında bir yazı daha görür: “Əskərlər ölməz.”
29. Ordu sıralarında yeni qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.
30. Ordu sıralarında yeni qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.
31. Almaniyada müharibə vaxtı üç nəfər silahlı adam yol ilə gedir. Yolda iki nəfər görürlər və qışqırılar:
-Məgər siz bilmirsiniz ki, təzə qanun çıxıb? Şəhərdə cüt gəzmək olmaz.
İki nəfərdən biri:
-Bəs siz niyə cüt gəzirsiniz?
Üç nəfərdən biri:
-Biz üç nəfərik "3" cüt rəqəm deyil.
32. İkindi dünya müharibəsi illərində bir şotlandiyalı əlini amerika əsirlərinə uzadıb fransızdan soruşur:
- Siz öz dövlətiniz uğrunda döyüşürsünüz, mən də öz dövlətim uğrunda döyüşürəm. Bəs bunlar nə uğrunda döyüşürlər??
33. Araq-düşməndir.
Amma zabitlər ondan qorxmur, onu məhv edir.
34. ABŞ-da yeni güllə icad ediblər. Hədəfə güllənin gilizi yox, avtomatın özü dəyir.
35. Mağazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuquşunu yeyib.
36. Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.
37. Bir tacir zinət əşyaları satır. Hər gün müəyyən saatda işini öz meymununa tapşırır və özü nahara gedir.
Bir oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun da bunu edir. Oğru gözlərini bağlayır deyir lyalya. Meymun bunu edəndə oğru malları oğurlayıb qaçır.
Bu hadisə bir neçə təkrar olunandan sonra. Tacir meymuna tapşırır ki, bir təkrar olunsa səni öldürəcəyəm.
Sabahı günü yenə oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun yenə bunun etdiklərini edir. Oğru gözlərini bağlayır deyir lyalya.
Elə bu an meymun yanından daş götürüb çırpır oğrunun başına və deyir:
- ala
38. Telefon zəng çalır. Kişi dəstəyi qaldırır və xəttin o biri tərəfindən səs gəlir:
- Alo! Sevgilim sənsən?
- Bəli mənən. Bəs kimdi danışan?
39. İki rəfiqə telefonla danışır:
- Bilirsən, biz Məmmədlə bir-birimizi sevirik.
- Yaxşı qurtaranda zəng edərsən.
40. İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee.
Şərhlər(0)
Lətifələr
-
baxış27
Hədislər Bunları bütün müsəlmanlar bilməlidi Buyurun xəbərin ardında daha ətrafli Hədislər. Bunu hamı bilməlidir!
Məhəmməd Peyğəmbər (s.ə.s.)
Qiyamət günü bir kişini sorğu-sual etmək üçün əməl dəftərini əlinə verirlər. Kişi dəftərə baxanda çox təəccüblənir. Çünki əməl dəftərində savab əməllərinin olmadığını görür. Kişi heyrət içində soruşur: “İlahi, axı bu mənim əməl dəftərim deyil! Burada bir dənə də olsun xeyir əməlimi, Sənə etdiyim itaətimi görmürəm!”. O, belə cavab alır: “Sənin Allahın nə xəta edər, nə də unudar. Sənin xeyir əməllərin camaatın qeybətini etdiyinə görə bada gedib”. Elə bu vaxt başqa bir kişini sorğu-suala tuturlar. Bu kişi isə əməl dəftərində çoxlu savab əməllərini görüb təəccüblə deyir: “İlahi! Bu mənim əməl dəftərim deyil! Çünki mən bu ibadətləri etməmişəm!” O isə belə cavab alır: “Filankəs sənin qeybətini etdi və Mən onun yaxşı əməllərini sənin əməl dəftərinə yazdım!”.
İmam Sadiq (ə):
Bir kişi üç il ardıcıl olaraq Allahdan ona bir oğul nəsib etməsini diləyib dua edirdi. Lakin uzun zaman idi ki, onun duası qəbil olunmurdu. Bir gün kişi məyus olub, üzünü Allaha tutaraq belə deyir: “İlahi! Mən Səndən uzaq olduğuma görə məni eşitmirsən, yoxsa mənə yaxınsan, ancaq duamı qəbul etmirsən?”. Kişi gecə yatır və belə bir yuxu görür. Bir nəfər yuxuda ona yaxınlaşıb bu sözləri deyir: “Əslində, sən üç ildir, Allaha pis sözlər danışan dilinlə, sözə qulaq asmayan qəlbinlə haram işlərdən çəkinmədən və səmimi olmayan niyyətinlə dua edirsən. Gərək pis söz söyləməkdən əl çəkəsən ki, qəlbin saflaşsın və niyyətin düz olsun”. Bu yuxunu görəndən sonra, kişi öz əməllərini düzəldir, qəlbi saflaşır və o, yenidə Aallaha dua edib övlad istəyir. Bir müddət sonra onun bir oğlu dünyaya gəlir.
İmam Sadiq (ə):
İmam Sadiq bir dostu ilə bazara gedirdi. Onların arxasınca İmamın dostunun köləsi də gəlirdi. Imamın dostu üç dəfə arxaya dönübköləsini çağırdı, lakin onu görmədi. Yalnız dördüncü dəfə arxaya dönəndə o, köləsini görüb belə dedi: “Harada idin, ey zinadan doğulan adam?”. Imam Sadiq bunu eşidən kimi dostuna bunu söylədi: “Sən onun anasına zinakarlıqdamı ittiham edirsən? Mən səni yaxşı insan kimi tanıyırdım. Sən demə, sən də pis əməldən çəkinmirsən!”. Dostu İmamın sözlərindən kədərlənib belə dedi: “Qurban olum sənə, köləmin anası Allaha şərik qoşanlardandır!”. İmam cavabında belə dedi: “Hər millətin evlənmə qayda-qanunları var, bundan xəbərin yoxdurmu?”. Yəni hər bir millətin özünəməxsus evlənmə qaydaları var ki, onlar insanları zinadan qoruyur...
İmam Sadiq (ə):
Yusif Peyğəmbər hökmdar olduğu zaman öz qoca atası Yaqubla görüşür. Yusif atasını qarşılayanda şahlığının şan-şöhrəti onu ələ alır və Həzrət Yusif atasının ayağına atdan düşmür. Elə bu zaman Cəbrail mələk nazil olub, Yusif Peyğəmbərə belə deyir: “Ey Yusif! Ovcunu aç!”. Yusif Peyğəmbər ovcunu açanda oradan nur saçaraq göyə yüksəlir. Bunu görən Yusif belə deyir: “Ey Cəbrail! Mənim ovcumdan çıxan bu nur nə idi?”. Cəbrail mələk ona belə cavab verir: “Sənin nəslindən Peyğəmbərlik kəsildi! Qoca Yaqubun ayağına düşməməyinin cəzası kimi sənin nəslindən bir Peyğəmbər də olmayacaq”.
İmam Əli (ə):
Insan sərvətə də, övlada da sahib olsa, nə qohumlarından,nə onların ehtiramından nə də əl və ya dil ilə onları müdafiə etməkdən çəkinməlidir. Insana bir müsibət üz verdikdə, pis bir iş baş verdikdə onun başına digər insanlardan daha tez qohumlar toplaşır, ona arxa olur, ona daha çox mehribanlıq göstərir, dərdinə daha çox şərik olurlar. Hər kəs əlini qohum-əqrəbasından çəksə, onlardan yalnız bir əl çəkilib, lakin insanın özündən çoxlu əllər çəkiləcək. Dövlətli olsanız belə, heç vaxt təkəbbürlük edib öz qohumlarınızdan uzaqlaşmayın. Nəbadə, sizlərdən biri yoxsul olduğu təqdirdə, qardaşından kömək görmədiyinə görə ondan uzaqlaşsın.
İmam Sadiq (ə):
Bir-birindən küsüb-ayrılan iki şəxsdən biri mütləq Allahın qəzəb və lənətinə layiqdir. Hətta ola bilər ki, onların ikisi də buna layiq olsun. Çünki birində günah olmasa belə, o da qardaşını özü ilə barışığa dəvət etmir və onun söylədiyindən keçmir.iki nəfər bir-biri ilə mübahisə edib, biri digərinə qalib gəldikdən sonra, zülmə məruz qalan şəxs aradakı inciklik və ayrılığın sona çatması üçün ona zülm edənin yanına gedib belə desin: “Qardaş mən sənə zülm etdim, təni haqsız mənəm. Çünki Allah-Təala hikmətli və ədalətlidir və mızlumun haqqını zalımdan alır”.
Şərhlər(3)
din
-
baxış24
Тимати - Любовь и мир
Yazar: alatava Tarix: Oktyabr 21, 2008 16:43
Тимати - Любовь и мир Məsləhətli bir musiqi ExCLUSİVE olaraq Effir.tk üçün
Şərhlər(1)
musiqi
-
baxış21
Voip Raider
Yazar: alatava Tarix: Oktyabr 20, 2008 19:16
Şərhlər(0)
programlar
-
baxış23
Yalnız bizdə
Yazar: alatava Tarix: Oktyabr 20, 2008 19:06
Çox maraqlı azəri vərdişləri!! bunları ancaq Azərbaycanda edirlər!!! Yalnız bizdə maşınları “Qab pastası” ilə yuyub, təkərləri isə “naşərabla” qaraldırlar..
Yalnız Azərbaycanda metropalitendəki qatarın maşinisti mikrafonla “Monqol ! Qapını burax” deyə bilər..
Yalnız Azərbaycanda qadın xeylağı əgər maşın sürürsə “O evdə qaldı” deyirlər..
Yalnız Azərbaycanda Mərdakana xaş yeməyə hansı məsləhətli araqla getmək olar sualına cavab olaraq “Nə danışırsan Hacı Rövşən elə təmiz araq verir ki şəhərdə beləsini tapa bilmərsən..” deyirlər..
Yalnız Azərbaycanda polislər yeni BMW ilə küçədə dururlar.. Hansı ki, misal olaraq britaniyanın polisləri köhnə Vauxhall ( Opel ) Astra ilə vızv olanda yola çıxırlar..Həyatın səviyyəsini fərqləndirməyə ehtiyac yoxdu..
Yalnız Azərbaycanda günün “ças pik” vaxtı ağzına kimi sərnişinlə dolu olan avtobusun sürücüsü daha 3-4 nəfər götürməkçün “Bir az ortaya keçin, orta ki bomboşdu” deyə çığırır..
Yalnız Azərbaycanda “nə var nə yox ?” sualına cavab alandan sonra yenə “başqa nə var nə yox ?” sualını verə bilərlər..
Yalnız Azərbaycanda “centlimen” dayanacaqda dura – dura eyni vaxtda bir neçə işi 1. Tum çıtdaya, 2. Mobil telefonla danışa, 3. Hansısa qıza göz vura bilər...
Yalnız Azərbaycanda maşınla “protiv” çıxıb “abqon” eləyəndə təəccüblə sola baxıb sənin özünü də “abqon” edən sürücünü görə bilərsən..
Yalnız Azərbaycanda, dünya görmüş, bir neçə xarici ölkədə olmuş, həmişə torqovıdan alınmış bahalı kostyum qalstukla gəzən kişi, yenə də ağ corab geyinməyi davam edir..
Yalnız Azərbaycanda nə səsi, nə sluxu olan və yeni başlamış müğənni bahalı klip çəkə və onu birinci kanalda reklam vaxtı yayımlaya bilər..Jurnalistərin “sizin musiqidən təhsiliviz var?” sualına cavab olaraq “mən yalnız özümçün oxuyuram” deye cavab verə bilər..
Yalnız Azərbaycanda insanda Mersedec 600 ola – ola yenə tökülmüş evdə yaşamağı davam edə bilər.. Yalnız Azərbaycanda “şərikli vəzifə” anlayışı var..
Yalnız Azərbaycanda ərəb dilini bilməyən mollaya rast gələ bilərsiz..
Yalnız Azərbaycanda “kişinin qarnı olar” deyirlər =))
Yalnız Azərbaycanda “Canın başın” sualına “Həkim zadsan ?” cavabını verə bilərlər..
Yalnız Azərbaycanda “geydirmə Hacı” anlayışı var..
Yalnız Azərbaycanda tez ayrılmaq üçün “qardaşım başqa bir qulluq” deyə bilərlər..
Yalnız Azərbaycanda əvvəl “İdman Naziri” işləyən nazir soradan “Mədəniyyət Naziri” ola bilər..
Yalnız Azərbaycanda oğlan qızla qucaqlaşaraq Şəhidlər Xiyabanında gəzə bilərlər. Və əbədi məşəlin qarşısında heçnədən çəkinmədən öpüşərək yaddan çıxarırlar ki, orda yatan şəhidlər onlara görə canlarından keçib..
Yalnız Azərbaycanda iri həcmli məlumatları böyük vərəqlərə çap edib saxlayırlar..Ancaq eyni həcmdəki elektron məlumatı kompüterdən yer tutmasın deyənə pozurlar..
Yalnız Azərbaycanda “Zəif Bənd” verlişində İnyazın “İngilis dili” fakultəsinin tələbəsi “Hansı meyvə Apple firmasının logopiti ola bilər ?” sualına “kaktus” cavabını verə bilər..
Yalnız Azərbaycanda qonaqların evdən çıxan zaman ev yiyələri ilə koridorda söhbətləri elə qızışa bilərlər ki, onlar yenidən stol arxasına qayıda bilərlər.
Yalnız Azərbaycanda 28 May metrosunda içəridəki tabloda “Tunelə şəp-şəpi və digər ayaqqabı ilə girmək qadağandır” cümləsi yazıla bilər..
Yalnız Azərbaycanda hüquqşunaslıq fakültəsini - “prokurorluq”, tibb fakültəsini isə - “doktorluq” adlandırırlar..
Yalnız Azərbaycanda bazarda niyə belə baha satırsan sualına satıcı: “Məndə halal maldı” cavabını verə bilər..
Yalnız Azərbaycanda avtobus sürücüsü toydan olan kasete qulaq asır və azmış kimi səsini artıra bilər..
Yalnız Azərbaycanda öz hüquqlarını qoruyan insanı “demoqoq” adlandırırlar..
Yalnız Azərbaycanda axır vaxtlar bəzi insanlar dəfn mərasimində dəfn olunan insan barəsində “bunun canı qurtardı bəs biz ??” deyirlər..
Yalnız Azərbaycanda əcnəbi aeraporta enəndə düşünə bilər ki, mən düz yerə uçmamışam..Çünki təyyarədən düşən zaman ilk gördüyü “Welkom to Azercell” reklamı olur..
Yalnız Azərbaycanda maşına quraşdırılmış aparaturalar maşının öz qiymətindən baha ola bilər..
Yalnız Azərbaycanda elə buxalter tapa bilərsən ki, hesablamanı Exceldə etməmişdən qabaq onu kalkulatorda edir../T.Ayaz/for Effir.tk
Şərhlər(1)
Maraqlı
-
baxış22
Türkiyə millisinin futbolçusunun toyu olacaq
Yazar: alatava Tarix: Oktyabr 16, 2008 17:13
Əmrə Bələzoğlunun toy mərasimi dekabrın 28-də “Sviss” otelində keçiriləcək Etrafli Ardinda...... Əmrə Bələzoğlunun toy mərasimi dekabrın 28-də “Sviss” otelində keçiriləcək
Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun futbolçusu Əmrə Bələzoğlunun toyu olacaq. Toy mərasimi dekabrın 28-də “Sviss” otelində keçiriləcək. Əmrə Bələzoğlunun 22 yaşlı nişanlısı Tuğba Gürevin, Bilgi Univrsitetinin reklamçılıq bölməsindən məzun olub.
Şərhlər(0)
Futbol, Maraqlı
-
baxış20
Screensaver Builder Professional 3.50 + Patch
Yazar: alatava Tarix: Oktyabr 16, 2008 17:03
Artıq Sizdə Screensaver (Ekranqoruyucusu) Hazırlaya Bilərsiz. Təqdim Eəcəyim Bu Program Sizin İstəklərinizi Tam Yerinə Yetirəcək.
Şərhlər(0)
programlar
-
baxış33
Futbol Ulduzları
Yazar: alatava Tarix: Oktyabr 14, 2008 16:04
Şərhlər(2)
Futbol, video
-
baxış25
Wakeboarding-xs Oyunu
Yazar: alatava Tarix: Oktyabr 14, 2008 15:49
Şərhlər(0)
oyunlar
-
baxış70
Sami Yusufdan 2 gözəl musiqi
Yazar: alatava Tarix: Oktyabr 13, 2008 21:14
Sami Yusufdan sizlər üçün 2 gözəl musiqi Sami Yusuf - Eid song Həcmi: 3.91 Mb Sami Yusuf - Melodi Həcmi: 2.61 Mb
Şərhlər(0)
musiqi
-
baxış30
Azerbaycan Wallpapers
Yazar: alatava Tarix: Oktyabr 12, 2008 11:56
Şərhlər(1)
sekil
-
baxış34
Xumar Qədimova-Mənim gülüm
Yazar: alatava Tarix: Oktyabr 10, 2008 15:27
Şərhlər(1)
musiqi
-
baxış27
HOST Alliance - Albom
Yazar: alatava Tarix: Oktyabr 8, 2008 19:12
HOST Alliance - Full albom Ardından İstədiyiniz Mahnıları Yükləyə Bilərsiniz H.O.S.T(Qaraqan,Felon,ErranT,Jamal Ali,PRoMete)
Bakı(Felon De Jure Skit)
Gəl Gedək(Feck,Ayka,Aid)
Həyatım Əllərimdə(Qaraqan, Jamal Ali,ErranT,PRoMete )
Yenə Tək(Qaraqan Errant)
How We rappin'(Felon de Jure,ErranT,Qaraqan)
İstəmirəm(Qaraqan ,PRoMete, Jamal Ali)
Məni Qaytar(Qaraqan,Felon de Jure)
Mənim Qaranlığım(Qaraqan)
Neçə(Aid , Jamal Ali ,Qaraqan)
Propoganda(Qaraqan,Felon de Jure,ErranT)
Şərhlər(1)
musiqi
-
baxış36
I Am Legend (Theme)
Yazar: alatava Tarix: Oktyabr 8, 2008 18:57
Nokia Series40 platformaya aid modellər üçün tema Dəstəkləyən modellər: Nokia 3120 Classic, 5300, 5310 XpressMusic, 5610 XpressMusic, 6126, 6131, 6131 NFC, 6133, 6233, 6234, 6263, 6267, 6270, 6275, 6275i, 6280, 6282, 6288, 6300, 6500 Classic, 6500 Slide, 6555, 7370, 7373, 7390, 7500 Prism, 7900 Prism, 8600 Luna Həcmi: 562 Kb
Şərhlər(3)
Mobil dünya, themes
-
baxış29
Maraqlı suallar və məntiqi cavabları
Yazar: alatava Tarix: Oktyabr 4, 2008 10:13
Maraqlı suallar və məntiqli cavabları
Dünyanın ən çox oxunan mahnısı hansıdır?
İnsanlar saatlarını niyə sol qola taxırlar?
Niyə ağlayırıq?
Bu və digər suallara cavab tapmaq üçün xəbərin davamına daxil olun..Çinlilər niyə yeməklərini çubuqla yeyirlər?
Çinlilər yeməklərini çox kiçik hissələrlə yediklərinə görə çubuqla yeyirlər. Çində, qədimdə yalnız varlılar stolda yemək yeyərdi. Xalqın çoxu boşqabları əllərində yerdə yemək yeyərdi. Bir əllərində boşqab, digərində isə çubuq tutub yeyərdilər yeməklərini. Əhalinin sürətlə artması ərzaq qıtlığı yaratdığı üçün yeməkləri kiçik hissələrə ayırıb çoxaldaraq yeyərdilər. Çubuqlar fildişi və sümükdən hazırlanırdı
Dünyanın ən çox oxunan mahnısı hansıdır?
Bu mahnı "Happy birthday to you" -dur. Mahnının əsli Amerikalı iki bacıya aiddir. Original adı "Good Morning to All" -dur. Daha sonra sözləri dəyişərək bütün düyaya yayılmışdır. Amma müəllif hüququ qızlara - bu iki bacıya məxsusudur. Onlardan sonra da Warner/chappel musiqi şirkətinə keçmişdir. Mahnı ticarət məqsədilə istifadə olunduğu zaman şirkətə pul ödənilir
İnsanlar saatlarını niyə sol qola taxırlar?
Çünki çox insan sağ qolunu çox hərəkət etdirir və bu qolun hərəkətli olması saatın harasa dəyib qırılması ehtimalı yüksəkdir. Həm də saatın qurma düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman onu biləkdən çıxarmadan sağ əli uzatdıqda sol qolundakı saatı qura bilirlər.
Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?
Tək bir səbəbi var - vakum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab var. Qıraqdakı metaldan, içəridəki isə əsasən şüşə qabdan olur. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilən tama yaxın bir boşluq var. Vakumlu bir şəraitdə hava molekulları da olmadığından soyuq və isti ötürməzlər. Cismin temperaturu başlanğıcda neçədirsə elə də qalır. İçərdən qırağa, qıraqdan içəriyə istilik keçməz. Beləcə də termosa qoyulan maye istidirsə isti, soyuqdursa soyuq qalır.
Şahmatda şah niyə passivdir?
Çünki şah qoruma altındadır. Şahmatda məqsəd şahı almaqdır. Ona görə bütün fiqurlar onu qorumalıdır. Vəzir də kimi onun köməkçisi kimi qorunmasına daha çox mömək edir. Qərbdə vəzirə kraliça adı verilib. Şahmat 6-cı əsrdə Hindular tərəfindən oynanılmağa başlanıb, oradan da dünyaya yayılıb.
İnsanlar qorxanda niyə dişlərini sıxıb bir-birilərinə vurur?
İnsan böyük bir təhlükə və ya qorxu hiss edəndə bədəni avtomatik olaraq müdafiəyə keçir. Digər canlılarda olduğu kimi dişlər və çənə müdafiənin əsas mexanizmidir. Bu da bizə ilk insanlardan qalıb. Buna görə də təhlükə anında ilk olaraq çənə və dişlər hərəkətə başlayır. Çənədəki əzələlər titrəyir, bu da sanki dişlər bir-birinə dəyirmiş kimi görünür
Niyə ağlayırıq?
Dünyadakı canlılardan yalnız insan ruhsal səbəblərə görə ağlayır. Əslində gözyaşı gözlərimizi qorumaq üçün lazımdır. Amma ağlamaq ruhsal boşalmadır. Bu mövzunu birinci dəfə Darvin araşdırıb. Sonra aparılan təcrubələr nəticəsində bilindi ki, soğan soyarkən axan gözyaşları ilə əsəbdən ağlayarkən (ruhsal) axan gözyaşlarının kimyəvi tərkibi də fərqlidir. Ruhsal gözyaşları daha çox proteindən ibarətdir. Amma hələ ki bu fərqin səbəbi tapılmayıb.
Kömək siqnalı olan S.O.S -ın mənası nədir?
Çox adam "Save our Ship" (gəmimizi qurtar), "Save our Soul" (ruhumuzu qurtar), "Stop Other Signals" (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.
Şərhlər(1)
Maraqlı
-
baxış27
Faiq Ağayev kişi kimi vəzifəsini yerinə yetirə bilmirdi
Yazar: alatava Tarix: Oktyabr 4, 2008 9:18
Nigar: “Faiq Ağayev kişi kimi vəzifəsini yerinə yetirə bilmirdi..
Toyun yengəsi Nigarı gəlin köçərkən bakirə olmamaqda suçladı..
Daha: ətraflı xəbərin ardında..Azərbaycanın xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı Nigar Topçubaşovanın, onun anası Dilbər Topçubaşovanın və qardaşı Rüfət İsmayılovun bu gün keçirdiyi mətbuat konfransı dava-dalaşla yadda qalıb.
məlumata görə, elə konfransın keçirildiyi məkana gələr-gəlməz bəzi mətbuat nümayəndələrinin təzyiqinə məruz qalan Rüfət İsmayılov bunu çaşqınlıqla qarşılayıb. Jurnalistlərdən üzr istəyərək çıxışını rus dilində edəcəyini deyən Rüfət bunu deməyinə peşman olub. Mətbuat nümayəndələri Rüfəti və ailəsini Azərbaycan dilində danışmağa məcbur olduqlarını bildiriblər.
“Siz Azərbaycandasınız və Azərbaycan dilində də danışmalısınız”, - deyən mətbuat nümayəndələri Rüfəti Azərbaycan dilində danışdırıblar. Lakin Rüfət danışmağa başlar-başlamaz yenidən jurnalistlər öz iradlarını bildiriblər. Jurnalistlərin bu cür münasibətinə dözməyən Topşubaşovlar ailəsi belə olacaq təqdirdə mətbuat konfransını yarıda kəsəcəklərini bildiriblər. Ancaq jurnalistlər nə Dilbər Topşubaşovanın, nə Nigarın, nə Rüfətin, nə də mətbuat konfransının keçirildiyi məkanın rəhbərliyinin xəbərdarlığına əhəmiyyət veriblər.
Elə iki saata yaxın davam edən mətbuat konfransı bu abu-havada keçirilib. Mətbuat konfransında Faiq Ağayevin qohumlarının iştirakı isə media mənsubları tərəfindən olduqca maraqlı qarşılanıb. Tədbir başlayandan 15 dəqiqə sonra Nigarın qarşısına gələn Faiq Ağayevin xalası qızı Gülnarə Bəylərbəyova “Mən səni gəlin gətirmişəm. Xonça ilə evinizə daxil olmuşam. Hər halda mənim sənə bir pisliyim keçməyib, düzdür?” deyə bildirib. Nigar Gülnarə xanımın bu sözlərini təsdiqləyib. Bundan sonra sözlərinə davam edən Faiq Ağayevin qohumu “mən bilirəm ki, sən Faiqlə ailə qurmamışdan əvvəl kiminlə yaşamısan, nişanlı olmusan. Sən özün bilirsən ki, necə yaşamısan. Əgər bu gün iddia edirsən ki, Faiq ər vəzifəsini yerinə yetirə bilməyib, onda belə çıxır ki, sən hələ də qızsan”, - deyib .
G. Bəylərbəyovanın bu ittihamlarına cavab verən Nigar Faiqlə ailə qurmamışdan əvvəl nişanlı olduğunu da gizlətməyib: “Bəli, mən Faiqdən əvvəl nişanlı olmuşam. Bunu da çoxları bilir. Ancaq Faiqi sevdiyimdən hamıdan və hər şeydən imtina etdim. Nişanımı qaytardıqdan sonra Faiqlə ailə qurmuşam. Bunu danmıram, ancaq Faiqin ər vəzifəsini yerinə yetiməməsini mən bilirəm və bunu mən heç zaman açıqlamaq istəmirdim. Onun özümə və ailəmə qarşı şantajları məni buna məcbur etdi”.
Elə bu sözündən sonra ailə üzvləri bir-birinə dəyərək özlərindən çıxıblar. Nigarın qardaşı Rüfət İsmayılov bir qadının kişi ilə yaşamasında qeyri-adi heç nə olmadığını vurğulayıb. Bundan sonra dilə gələn Nigar həyatı barədə açıqlamalar verib: “Mən Faiq Ağayevi həqiqətən də sevdiyim üçün indiyədək susmuşam. Ancaq Faiq Ağayev valideynlərimə və qardaşıma qarşı çıxandan sonra və onların ünvanına xoşagəlməz sözlər işlətdiyinə görə danışmaq qərarına gəldim. 2004-cü ilin oktyabr ayında Faiq Ağayev mənə evlənmə təklifi edib və mən hər şeyə göz yumaraq onunla ailə qurmağa razılıq vermişəm. Düz bir il biz Faiq Ağayevlə gözəl ailə münasibətlərində yaşamışıq. Ancaq bir ildən sonra Faiq qardaşı Gürcüstanda əməliyyat olundu. Faiq Gürcüstana gedib gələndən sonra bütün münasibətlər soyuqlaşdı. Məhz bundan sonra mən Faiqdən bunun səbəbini soruşdum və o mənə daha ər vəzifəsini yerinə yetirə bilməyəcəyini söylədi”.
R. İsmayılov bir müddət əvvəl mətbuata Faiq Ağayevin qeyri-normal həyat tərzini əks etdirən video material nümayiş etdirəcəyinə söz versə də, bu istəyini həyata keçirə bilməyib. Onun sözlərinə görə, mətbuat nümayəndələrinin durmadan tələb etdiyi bu video görüntülərin nümayişinə mətbuat konfransının keçirildiyi məkanın rəhbərliyi icazə verməyib. R. İsmayılov anası ilə atası Əli İsmayılovun hələ də ailəli olduğunu bildirib və bunu təsdiq edən sənədi mətbuat nümayəndələrinə təqdim edib: “Bu mənim atamın və anamın ailəli olduğunu təsdiq edən sənəddir. Faiq Ağayev bir neçə gün əvvəl mətbuata verdiyi bəyanatında Əli İsmayılovu toydan sonra bir dəfə görməsi məsələsinə gəlincə, bütün şəkillər buradadır. Gördüyünüz kimi şəkillər müxtəlif vaxtlarda və müxtəlif yerlərdə çəkilib”.
Mətbuat konfransında çox əsəbi görünən və çıxışında da bunu bəlli edən Dilbər Topşubaşova isə Faiq Ağayevin şantajlarına görə rəsmi şəxslərə müraciət etdiklərini qeyd edib: “Bütün bunlardan təngə gəlmişik. Mənim oğluma şantajdan ibarət mesajlar göndərir. Nigarı və məni şantaj edir. Bütün bunların bir cavabı olmalıdır”.
Nigar Topşubaşova isə Faiq Ağayevin 2005-ci ildə onu evdən qovduğunu da açıqlayıb: “Biz Faiqlə 2006-cı ildə boşanmışıq. Bu boşanma işləri də evdə aparılıb. Bu günə kimi bunu açıqlamamağımın səbəbi isə Faiqin xahişləri olub. O, dəfələrlə məndən bunun açıqlamamağı xahiş edib. Mən də ona hörmət əlaməti olaraq və qorxduğum üçün bunu gizlətmişəm. Bu gün deyilir ki, mən Faiqlə onun var-dövlətinə görə ailə qurmuşam. Ancaq onu deyim ki, apardığım cehiz hələ də onun evindədir. Onun evindən mən bir köynəkdə, bir də şalvarda çıxmışam. Nə onun mənə verdiyi qızılları, nə də özümə aid olan əşyaları götürmüşəm. Bu da bu söz-söhbətlərə cavabımdır. Kərimlə Təranə ayrılması məsələsindən sonra Təranə ilə Faiq birləşib. Təranə onun əli mənə zəng edir. Bunu sübut da edə bilərəm”.
Dilbər Topçubaşova isə Faiq Ağayevin məhz xalq artisti fəxri adını aldıqdan sonra bu məsələni açıqlamasına münasibət bildirib: “Mən bunu çoxdan açıqlamaq istəyirdim. Ancaq Faiqin xahişləri mənə imkan vermirdi. Dəfələrlə məndən və hər birimizdən bunu açıqlamamaq üçün xahiş edib. Mənə dedi ki, Dilbər xanım sentyabrda mən bunu açıqlayacağam. Ancaq o bu sözünün də üstündə durmadı. Çünki xalq artisti adını almağı gözləyirdi”.
Müğənni Kərimin mətbuat konfransının keçirildiyi məkanda iştirakı və sonra da onun Nigarla birgə getməsi təəccüblə qarşılanıb. Mətbuat konfransında Faiq Ağayevin xalası qızı G. Bəylərbəyova ilə yanaşı onun həyat yoldaşı, oğlu da əks tərəf kimi iştirak edib. Tədbirdən sonra məkanda bir tərəfə çəkilən ailə üzvləri şoka düşdüklərini elan ediblər.
Xatırladaq ki, Dilbər Topçubaşova mətbuat konfransında mətbuat nümayəndələrinə dəfələrlə “Faiq sizə nə qədər verib” sualını da ünvanlandırıb. Bunun cavabı olaraq isə jurnalistlər dəfələrlə Dilbər Topşubaşovaya bu cür həqarətlər etməməyi məsləhət görüblər. Qalmaqalla yaddaqalan mətbuat konfransında bir çox məsələ qaranlıq qalıb. Tədbirdə iştirak edən Faiq Ağayevin qohumları isə onların da mətbuat konfransı keçirəcəklərini açıqlayıblar.
Fikrinizi Bildirin Fikriniz Olsun..
Şərhlər(0)
aftaritet, Maraqlı
-
baxış24
HOST Alliance - Proza
Yazar: alatava Tarix: Oktyabr 4, 2008 9:09
HOST Alliance fanatları yaxın əyləşin
HOST Alliance - Proza MP3 + Repin sözləri
Həcmi: 4.64 MBHOST Alliance - Proza
Sənin gözlərində boğuldum.
Payız zərif küləklə sığal çəkdi gecəyə.
İlk xəzanla doğuldum.
Boş parkın hönkürtüsü.
Yaş asflat bir az xəstə.
Yağış da incə, qəddar.
Qırıq ürək boş qəfəsdə.
Sökülmüş arzuların xarabasında,
Arası kəsilməz gülüşlə ağlayırdı,
Kor rəssam şikəst atlar arabasında.
Sən də başqa, mən də başqa.
Dərd də, qəm də başqa.
Yaddaşım sanki bir şeir kimi cızıldı daşda.
Küçələrin qaranlığında,
Çox sağol ki, bir mələk kimiydin.
Saçıların ipək kimiydi, sözlərin külək kimiydi.
Çox sağol!
Qəlbimin düzənliyində bir bulaq kimiydin.
Amma çox,
İsti çox,
Duzlu çox.
Tozlu manikenlər vitrində göz yaşıyla.
Ölülər qucaqlaşır yuxularımda baş daşıyla.
Doxsan illik keçmişimlə iyirmi yaşda neyliyim?!
Əllərim bağlı qarğalar ciyərmi çeyniyir.
Heç nə demə, danışma.
Bəsdi!
Heç nə soruşma!
Kim günahkar?
Sən günahkar!
Mən günahkar!
Gecə günahkar!
Gün günahkar!
Dərslər günahkar!
Payız, şeir, dəftər günahkar!
Bəlkə də oxuduğum kitablarla dolu rəflər günahkar!
İncə-incə kəs damarlarımı,
İç qanımı sevgilim!
Artıq sevmirəm,
Sən də sevmirsən!
Sehirli bir nağıl.
Səni unutmaram.
Məni unutma sən.
Gizləmə,
Göz yaşın qoy axsın!
Onu qurutma sən!
Məktublar və tozlu şəkillər,
Yanır əllərimi qızdıran ocaqda.
Ümid uzaqda.
İçimdə şaxta.
Ölmüş sevgimin ruhu hərdən gəzir bu qaranlıq otaqda.
Sənə nifrət etdim,
Həm də sevdim qəzəbsiz.
Pəncərəyə yağış damlayır gözəl, səssiz.
Kül ocaqda.
Yastıq qucaqda.
Darıxdım, güldüm, ağladım,
Gecə səbəbsiz.
Küləklərlə dərdləşirdi qatarın tüstüsü.
Uzaqda baharın istisi.
Çox soyuq.
Yanağlarımda buz bağladı,
Donub qalan o göz yaşı.
Yadına sal:
Arzularda,
Ölmək eyni gündə.
İkimizə bir baş daşı!
Və eyni gündə öldük:
Sən mənim üçün,
Mən sənin üçün,
Özgə olduq:
Sən mənim üçün.
Mən sənin üçün,
Bəlkə xəstəlik səbəb?
Bəlkə mələklər paxıl?
Amma mənə demişdilər ki, sevgi qəlbə çiçəklər taxır.
Evlənək demişdik,
Uşaqlıq necə gözəl.
Və nə qədər sadəlövh!
Qaçaq demişdik,
Qanadlarımızı açıb uçaq demişdik.
Hər şey,
Demişdik,
Gizlədiyimizi gözlər demişdik.
Dumanlar gizlədəndə yerimizi izlər demişdik.
Restoranlar, rəqsimiz.
Sevgililər günü.
Ümidlər yanır günəş kimi.
Ümidlər sönür,
Ay işığı nur.
Gözlərimdə leysanlar dolur.
Sən öləndə ilk dəfə inandım insanlar ölür.
Nə şəkillər əvəz edər səni,
Nə qəmli şeirlər!
Hər işi pis olanlar mənə,
Hər şey düzələr deyirlər.
Düzəlmir!
Sən qara paltarlar geyərdin.
Qəmli baxışlarına vurulmuşdum.
Az gülərdin.
Sevərdim dənizlər limanları sevən kimi,
Sevərdim qulaqlar yalanları sevən kimi.
Öldürmək istəmişdim özümü sən ölən kimi.
Əsrlər keçsə də, yadımdasan dünən kimi…
[Qaraqan]
Şərhlərinizi gözləyirəm(0)
musiqi
-
baxış58
» Qızmış Röya
Yazar: alatava Tarix: Oktyabr 3, 2008 16:37
"Oazis" Şadlıq Sarayında ♣ Röyadan ♣ Gizli Çəkilmiş Video.Belə Desək Röya Əməlli Başlı Qızıb Videonun Formatı: *3GP Həcmi: 807 Kb Ardından Yükləyə Bilərsiniz
Şərhlər(1)
video, Maraqlı
-
baxış25
Aston2 menu
Yazar: alatava Tarix: Oktyabr 3, 2008 16:09
Şərhlər(2)
programlar
-
baxış41
Planet D52 1.0
Yazar: alatava Tarix: Oktyabr 2, 2008 16:06
Super bir oyun eminem ki razı qalacaqsınız!!!! Çox maraqlıdır!!!P.S Şərləri gözləyirəm!!!!!
Şərhlər(0)
oyunlar
-
baxış21
“Dubayda SPİD-ə yoluxanda körpə qızım da yanımdaydı...”
Yazar: alatava Tarix: Oktyabr 2, 2008 15:13
Bu, 18 yaşında ailə qurmuş, 20 yaşından isə fahişəliklə məşğul olan qadının öz dilindən eşidəcəyiniz acı həyat hekayəsidir... Tənhalıq və pulsuzluq yaşayan, SPİD dəhşəti görən, insanların qınaq obyekti olan 28 yaşlı Nərmin (ad şərtidir) həm də insan alverinin qurbanı olub.( 02-10-2oo8)
Daha Ətraflı Ardındaİnsan alveri qurbanının tükürpədici hekayəti !
Bu, 18 yaşında ailə qurmuş, 20 yaşından isə fahişəliklə məşğul olan qadının öz dilindən eşidəcəyiniz acı həyat hekayəsidir... Tənhalıq və pulsuzluq yaşayan, SPİD dəhşəti görən, insanların qınaq obyekti olan 28 yaşlı Nərmin (ad şərtidir) həm də insan alverinin qurbanı olub.
10 il əvvəl əmimoğlu ilə ailə həyatı qurdum...
Əslimiz Tovuzdan olsa da, mən Mingəçevirdə doğulmuşam. Əmimgil isə Tovuzun kəndində yaşayırdılar. Atam məhkəmə-tibb ekspertizasının həkimi olub. O rəhmətə gedəndən sonra məni əmimoğlu ilə evləndirdilər. Əslində, biz bir-birimizi sevirdik. Onun anası yox idi, analığı da məni yola vermədi. Qızıma hamilə olan vaxt boşanıb, ata evinə gəldim. Tərslikdən, qardaşım da həmin vaxt əmim qızı, yəni mənim baldızımla evlənməyə hazırlaşırdı. Mən buna razı ola bilməzdim. Onlar mənə düşmən idilər. Anamgildən tələb etdim ki, evi satıb, mənə pul versinlər, özümə ev ala bilim. Ancaq onlar buna razı olmadılar. Dedilər, get, ərindən istə. Onlar da kənd evində yaşayırdılar. Həyat yoldaşım deyirdi, gəl, otağın birində sən yaşa. Birində də mən evlənib yaşayaram. Bunu da mən qəbul edə bilmirdim. İş o yerə çatdı ki, anamı məhkəməyə verib, qalib gəldim. Sonra anam və qardaşlarım ünvanlarını dəyişib, məni də atdılar. Bir otaqlı ev aldım. Ailəmlə də əlaqəm kəsildi. Çox sonralar öyrəndim ki, Bakıya köçüblər.
Pulsuzluq və kimsəsizlik əzabları başladı. Bu yola düşəcəyimi ağlıma belə gətirmirdim. Kim istəyər ki, hamı ona fahişə kimi baxsın. Xəstəxanada xadimə kimi işə düzəlmişdim. Ayda indiki pulla 6 manat əmək haqqı alırdım. Qızım da balaca idi. Bunun xəstələnməyi var, yeməyi var, paltarı var. O pulla da heç nə etmək olmurdu. Nə vaxta kimi qonşunun birindən çörək, birindən çay istəmək olar. Artıq heç kim qapını açmırdı.
Bir dəfə işdən qayıdırdım...
Gördüm cavan bir qız küçədə qalıb. Yazığım gəldi, həm də tək idim. Götürüb apardım evimə. Sonra həmin qıza zənglər gəlməyə başladı. Artıq şübhələnmişdim ki, bu düzgün yolda olan bir insan deyil. Mənə də pul lazım idi. Ona görə də başladım həmin qızı tanış oğlanlara satmağa. Sonradan mən tək yaşadığıma görə, qapımı döyməyə başladılar. Məcbur olub, mən də başladım bu işlə məşğul olmağa. Kafelərdə, barlarda işləyirdim.
Anamın da günahı oldu mənim bu işlə məşğul olmağımda. 20 yaşında məni atdı və heç vaxt da maraqlanmadı. O, mənə sahib çıxmalı idi. Amma mən anamdan həm insaflıyam, həm də qeyrətli. Nə olsun ki, fahişəliklə məşğulam? Mən heç vaxt qızımı küçələrdə atıb getmərəm.
O vaxtlar gənc idim, 20 yaşım var idi. Çox şeyi başa düşmürdüm. Ancaq indi çox peşmanam. Həmin vaxt səhvim çox olub. Elə olurdu, gündə 4-5 kişi ilə cinsi əlaqədə olurdum.
Bir qonşum var idi, Dubaydan satmaq üçün mallar gətirirdi. Bir gün mənə dedi ki, burda elə pul yoxdur, gedək Dubayda işlə. Mən həm gənc idim, həm savadsız, həm də tək. Ona görə də dərindən düşünə bilmirdim. Demişdi ki, orda yaxşı əməkhaqqı verirlər.
Qızımı da götürüb, getdim Dubaya.
Ora çatandan sonra bildim ki, nəyə gəlmişəm. O vaxta kimi deyirdi ki, satıcı işləyəcəksən. Bütün müsibətlər də bundan sonra başladı. Hər gün saysız-hesabsız müştərilərlə görüşdürürdülər. Bəzən yemək yeməyə belə halımız qalmırdı. Bir otaqda nə qədər cinsi əlaqə ilə məşğul olmaq olar? Bir ildən sonra SPİD xəstəliyinə yoluxdum. Həm körpə qızım yanımdaydı, həm də hamilə qalmışdım. Həkimə getmək lazım idi. Orda Tahirə adında bir həkim var idi. Ona çox yalvardım ki, mənə kömək eləsin. O da sağ olsun, kömək elədi. Bütün pulumu da ona verib, yenidən Azərbaycana gəldim. Ancaq orada mənim kimi saysız-hesabsız qızlar var. Onların axırı necə oldu, bilmədim. O xarabaya getdinsə, canını qurtarmaq mümkün deyil. Mən o zaman SPİD-ə yoluxduğuma görə sevinirdim. Xəstəliyimə görə qayıtmaq çətin olmadı. Deyirdilər, onsuz da öləcək, qoy getsin, bizə problem yaratmasın.
Müştərilərimizin arasında vəzifədə olan, məşhur insanlar da var. Bir neçə gün əvvəl naz


Yerləşdirdiyiniz üçün öncədən təşəkkur!!!



Yukle
Bu proqram vasitəsi ilə artıq danışıqlarınızı daha ucuza gətirə biləcəksiniz 
Futbol Ulduzları Həcmi 1.8 Mb-dır Format * 3gp Ardından yükləyə bilərsiniz
Wakeboarding-xs Oyunu Həcmi 1.45 Mb-dır Ardından yükləyin.
Azərbaycana aid çox super Wallpaper-lər yükləyin və qiymət verin...
Xumar Qədimova-Mənim gülüm dəbdə olan bir musiqi Ardindan birbasha yükləyin!!!
Aston2 menu- Sizin Kompyuterdə Olan Köhnə Start-la Əvəz Edəcək 